Əsas məzmuna keç

Haqqımızda

Economics Vision Club 2026-cı ildə Bakı Ali Neft Məktəbində yaradılıb. Biz iqtisadiyyatı yalnız iqtisadçılar üçün deyil, mühəndislər, menecerlər və hər bir tələbə üçün anlaşıqlı etmək istəyirik.

Missiyamız

  • Tələbələr arasında iqtisadiyyat, maliyyə və biznes savadlılığını artırmaq
  • İqtisadiyyata marağı olan, lakin yerli resurs tapa bilməyən tələbələri bir araya gətirmək
  • Bu savadlılığı yüksəltmək üçün seminar və vebinarlar təşkil etmək
  • Sosial şəbəkələrdə iqtisadi kontenti təbliğ etmək
  • Universitet daxilində tələbə aktivliyini artırmaq

Vizyonumuz

Aparıcı tələbə cəmiyyəti

Universitetdə və Azərbaycanda aparıcı tələbə cəmiyyətlərindən biri olmaq.

Beynəlxalq səviyyə

Xarici tələbə cəmiyyətlərinin ölkəmizdəki qolları ilə rəqabət aparmaq.

İqtisadi maarifləndirmə

Ölkəmizdə əhali arasında iqtisadi savadlılığın artırılmasına töhfə vermək.

Dövlət layihələri

Dövlətin iqtisadi layihələrində əsas iştirakçılardan birinə çevrilmək.

Neftin vətənində iqtisadiyyat

Kampusumuz Bibiheybətdədir: XIX əsrin ortalarında dünyanın ilk neft quyularından biri məhz burada qazılıb. Neftin dünya iqtisadiyyatını necə dəyişdiyini öyrənmək üçün bundan yaxşı yer tapmaq çətindir.

Yolumuz

  1. 1

    28 iyul – 31 avqust 2026

    İlk üzvlərin qəbulu

    Klubun ilk üzvləri üçün qeydiyyat açıldı.

  2. 2

    Avqust 2026

    Üzvlərlə görüş

    Yeni üzvlərlə tanış olduq və gələcək planları birlikdə müzakirə etdik.

  3. 3

    12 sentyabr 2026

    Vebinar: Career Building

    Universitet illərində karyera qurmaq haqqında ilk vebinarımız. 60-dan çox iştirakçı.

  4. 4

    14 oktyabr 2026

    EconomicsVoice #01 və infosessiya

    Senat zalında ilk infosessiya və EconomicsVoice müzakirələrinin ilk buraxılışı.

Qarşıda nə var

Klubun veb-saytı

Bakı Ali Neft Məktəbində ilk dəfə olaraq tələbə klubunun öz veb-saytı. İndi onu oxuyursan.

Öyrədici kontent

Sosial şəbəkələrdə iqtisadiyyat, maliyyə və biznes mövzularında maarifləndirici paylaşımlar.

Həftəlik bülleten

Həftənin əsas iqtisadi xəbərləri və təhlillərindən ibarət həftəlik buraxılış.

Quruluşumuz

  1. PrezidentRəhbərlik
  2. Vitse-prezidentlərRəhbərlik
  3. Koordinatorlar və menecerlərÜzvlər
  4. Aktiv üzvlərÜzvlər

Bizə yaz

Əməkdaşlıq təklifi, sual və ya ideyan var? Mesajın birbaşa komandaya çatacaq.